RSS

Bir sup, iki qaşıq…

27 Okt

Ötən əsrin 50-ci illəri. Qəbələdən iki nəfər bir maşın qoz, fındıq, şabalıd yığıb Ağdaş bazarına satmağa gətirir. Üç günə bütün malı satıb bir kisə pul yığırlar. Qəbələyə qayıtmamışdan əvvəl bir yeməkxanaya girib kəmərin altını bərkitmək istəyirlər. Yeməkxana sahibi bir kisə pulu görüb əlini-əlinə sürtür, elə bilir qəbələlilər indi lülədən-tikədən, pitidən nə isə bir yaxşı sifariş verəcəklər. Amma qəbələlinin biri o birinə baxıb deyir:

– Ədə, hərəmiz bir sup yiyəxmi, ədə?

– Niynirsən, əəə, hərəmizə bir supu, indi evə çatırıx daa, ikimizə bir sup bəsdi…

Qəbələlinin biri yeməkxana sahibinə tərəf çönüb deyir:

– Bizə bir sup, iki qaşıx gəti…

Bir sup, iki qaşıq qoyulur stolun üstünə. Qəbələlilər pul kisəsini stolun altına itələyərək qaşıqları götürüb cumurlar supa. Hər biri yoldaşından daha çox yeməyə çalışdığından başları supa elə qarışır ki, pul kisəsi də yaddan çıxır. Bir də başlarını boşqabdan qaldırıb stolun altına baxırlar ki, lələ köçüb, yurdu qalıb…

 
Bir şərh yazın

Müəllif Açıq 27/10/2012 in Nostalji

 

Etiketlər: , , , , , , ,

Cavab qoy