RSS

kəlpeysər Etiket Arxivləri:

Qanmazın biri…

Bir kasıb oğlan mollaya 5 manat verib gətirir atasının qəbrinin yanına və deyir ki, atamın ruhuna “Yasin” oxu. Molla başlayır oxumağa. Heç 5 dəqiqə keçməmiş qəbristanın qapısında bir cip dayanır və içindən üç kəlpeysər düşür. Bunları görən molla cəld ”Yasin”i yekunlaşdırıb yüyürür kəlpeysərlərin qabağına. Onların hərəsi mollanın cibinə bir əllilik basıb aparırlar atalarının qəbrinin yanına və deyirlər ki, atamızın ruhuna “Yasin” oxu. Molla başlayır oxumağa, yarım saat oxuyur, bir saat oxuyur… Nəhayət kəlpeysərlərin biri dillənir: – Molla, ağ eləmə, bəsdi, biz getdik, işimiz-gücümüz var… Bunlar gedəndən sonra kasıb oğlan mollaya yaxınlaşıb soruşur:

– Molla əmi, bu necə olur, mənim atama “Yasin”i 5 dəqiqəyə oxudun, bunların atasına isə bir saata?

– Bala, – deyir molla, – sənin atan kasıb olsa da arif adam idi, adamı yarım kəlmədən başa düşürdü, bunların atası isə qanmazın biri idi, qorxuram heç bir saat da bəs eləməsin…

 
Bir şərh yazın

Müəllif Açıq 29/09/2012 in Full

 

Etiketlər: , , , , , ,